02 November 2023

Keçmiş MTN generalı haqqında yeni qərar: 106 min dollar da təzminat ödəməlidir

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı, uzun müddət nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevə qarşı 123 min dollarlıq iddia qaldırılıb. İddiaçı vaxtilə MTN-də həbsdə saxlanmış, hazırda baxılan işdə zərərçəkmiş kimi tanınanlardan biri - Ələddin Əliyevdir.

QMİ sədrindən Qəzza ilə bağlı şağırış

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərarlar qəbul etməyə çağırıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Allahşükür Paşazadə noyabrın 2-də İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşdə bildirib.

"Çox ciddi itkilərimiz var" - Netanyahu etiraf etdi

"Çox ciddi itkilərimiz var"

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. İsrail Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, İsrail əsgərləri Qəzza şəhərində əməliyyat keçirərək şəhəri mühasirəyə alıblar.

İsrailin Qəzzada qırğınları davam edir. İsrailin baş naziri Benyamin Netanyahu çox ciddi itkilər verdiklərini bildirib.

Bəhreyn də İsraildəki səfirini geri çağırıb

 Bəhreyn İsraildəki səfirini geri çağırdığını və İsraillə bütün iqtisadi əlaqələri dayandırdığını açıqlayıb.

Körfəz ölkəsinin parlamentindən verilən açıqlamada bu addımların “Fələstin davası və Fələstin xalqının qanuni hüquqlarına” dəstək məqsədilə atılan tədbirlərin bir hissəsi olduğu vurğulanıb.

2020-ci ildə İsraillə diplomatik əlaqələr quran Bəhreyn İsrailin Manamadakı səfirinin artıq getdiyini bildirib.

Pakistan Quru Qoşunlarının komandanı Bibi-Heybət məscidini ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti Bibi-Heybət məscid kompleksini ziyarət etdilər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Bibiheybət məscidinin imamı Seyid Rahib Babayev özünün sosial şəbəkə səhifəsində məlumat verib.

UNICEF: Atəşkəs çağırışına məhəl qoyulmadığı üçün Qəzzada uşaqlar ölməkdə davam edir

BMT-nin yüksək səviyyəli UNICEF agentliyi Qəzzada atəşkəs çağırışlarına məhəl qoyulmadığı təqdirdə fəsadların artmaqda davam edəcəyi və əhalinin sıx məskunlaşdığı Fələstin anklavında uşaqların daha böyük risk altında qalacağı barədə xəbərdarlıq edib.

UNICEF-in sözçüsü Ceyms Elder çərşənbə axşamı bildirib ki, Qəzza minlərlə uşaq üçün qəbiristanlığa çevrilib. O, "ora hamı üçün canlı cəhənnəmdir" deyib.

Türkiyə üzərindən İsrailə daşınan neft TBMM-nin gündəmindədir

İsrailin Fələstin xalqına qarşı qırğınları davam edərkən, AKP-nin Türkiyə üzərindən İsrailə neft daşınmasına icazə verdiyi üzə çıxıb.

Bloomberg oktyabrın 21-də Adana Ceyhan limanından çıxan Seaviolet adlı 900 metrlik tankerin bir milyon barreldən çox Azərbaycan neftini İsrailə daşıdığını bildirib. Tanker rəsmi olaraq İordaniyanın Aqaba limanına getsə də, Bloomberg-ə danışan bəzi mənbələr Paz Oil tərəfindən alınan barellərin İsrailin Eylat limanına çatdırılacağını təsdiqləyib.

Daha üç MBH üzvünə hökm oxunub: 18 il 3 ay

Bakı Ağır Cinayətlər Məhkəməsində həbs olunan növbəti üç Müsəlman Birliyi Hərəkatı üzvlərinə hökm oxunub. Hər bir hərəkat üzvü saxta narkotik ittihamı ilə mühakimə olunaraq məhkəmə önünə çıxarılıb. Vəkillər inanclılarla bağlı birmənalı bu fikirdədirlər ki, onların məhkəmə prossesi şahidlərdən sübutlara qədər heç bir hal öz təsdiqini tapmayıb.