Bəhreyn də İsraildəki səfirini geri çağırıb

 Bəhreyn İsraildəki səfirini geri çağırdığını və İsraillə bütün iqtisadi əlaqələri dayandırdığını açıqlayıb.

Körfəz ölkəsinin parlamentindən verilən açıqlamada bu addımların “Fələstin davası və Fələstin xalqının qanuni hüquqlarına” dəstək məqsədilə atılan tədbirlərin bir hissəsi olduğu vurğulanıb.

2020-ci ildə İsraillə diplomatik əlaqələr quran Bəhreyn İsrailin Manamadakı səfirinin artıq getdiyini bildirib.

Xatırladaq ki, artıq 9 ölkə – Misir, İordaniya, Mərakeş, Bəhreyn, Türkiyə,Koıombiya, Çili, Boliviya və Türkmənistanın İsraillə diplomatik əlaqələri kəsilib.