Azərbaycanın iki klubuna texnki məğlubiyyət verildi

Azərbaycanın iki klubuna texnki məğlubiyyət verilib.

Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-17 Liqasında keçirilməli olan "Turan Tovuz" - "Dinamo" oyunu qonaqların nəzərdə tutulmuş vaxtda meydanda olmadığı üçün baş tutmayıb. Bu səbəbdən "Dinamo"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-12 Liqasında keçirilməli olan "Kürdəmir" - "İsmayıllı" matçı isə meydan sahiblərinin nəzərdə tutulmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə "Kürdəmir" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.