AXCP üzvünə ağır ittiham

AXCP Nərimanov Şöbəsinin üzvü Elnur Həsənov barəsində cinayət işi açılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (narkotik)ittiham elan edilib. Yaxın saatlarda həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə çıxarılacaq.
Elnur Həsənov şəhid qardaşıdır. Son zamanlar sosial şəbəkə üzərindən Dövlət Yol Polisində baş verənləri ictimailəşdirib və BDYP rəhbərliyini kəskin tənqid edən paylaşımlar edib.
Özü həbsinin səbəbi bununla əlaqələndirib.
 
Azadlıq Qəzeti