Vaqner Afrikada: İŞİD, Əl-Qaidə və digər quldurların həyatını kabusa çeviririk

Rusiyanın "Vaqner" özəl təhlükəsizlik şirkətinin qurucusu Yevgeni Priqojin Rusiya administrasiyasına qarşı üsyanından sonra ilk dəfə görüntülər paylaşıb. 50 dərəcəni keçən bir temperaturda olduqlarını bildirən Priqojin, "quldurların həyatını Afrika xalqı üçün kabusa çeviririk" deyib.

Telegram kanalında paylaşılan “Vaqnerin evakuasiyası” adlı görüntüdə Priqojin Rusiyanı bütün qitələrdə, o cümlədən Afrikada “daha ​​da böyük” işlər gördüklərini bildirib.

Görüntülərdə 50 dərəcəni keçən bir temperaturda olduqlarını bildirən Priqojin, “Ədalət və xoşbəxtlik! Biz İŞİD, Əl-Qaidə və digər quldurların həyatını Afrika xalqları üçün kabusa çeviririk” ifadəsini işlədib.

İyulun 27-də Sankt-Peterburqda Rusiya-Afrika Sammiti keçirilən zaman Afrika rəsmiləri ilə görüşən Priqojin iyulun 29-da Afrique Media telekanalına açıqlamasında Afrika ölkələrində “Vaqner” döyüşçülərinin sayını artırmağa hazır olduqlarını bildirmişdi.

Prigojn qeyd edib ki, yeni Vaqner qrupu Mərkəzi Afrika Respublikasının prezidenti Faustin-Archange Touadera-nın mandatının uzadılmasını nəzərdə tutan 30 iyulda keçiriləcək konstitusiya referendumundan əvvəl Mərkəzi Afrika Respublikasına gəlibmiş. Priqojin yeni çıxışında “Yeni qüvvələrimiz də gəlib, bu respublikanın ərazisinə nəzarət edirik” deyərək ölkəyə gedən yeni qrupların sayı barədə məlumat verməyib.