Rusiya Kiyevi vurdu - Ölənlər var

Rusiya ordusu Kiyevə kütləvi hücum həyata keçirib. 

Xarici KİV-lər xəbər verir ki, hadisə  nəticəsində 58 yaralanıb, 5 nəfər ölüb.  

Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, onlardan 40-ı xəstəxanaya yerləşdirilib. 

Qeyd olunur ki, Rusiyanın paytaxta kütləvi hücumu nəticəsində şəhərin müxtəlif ərazilərində ziyan qeydə alınıb.