İsrailin Qəzza sektorunda səbəb olduğu kütləvi aclıq dinc insanların, xüsusilə də uşaqların həyatına son qoymağa davam edir.
Qəzza sektorunun Səhiyyə Nazirliyi qida çatışmazlığından dünyasını dəyişən fələstinlilərlə bağlı yenilənmiş statistikanı təqdim edib.
Belə ki, son 24 saat ərzində 2-si uşaq olmaq daha 7 nəfər günahsız qəzzalı aclıq nəticəsində vəfat edib.
Beləliklə də, aclıqdan həyatını itirənlərin sayı 110-u uşaq olmaqla 258 fələstinliyə çatıb.
Qeyd edək ki, bu yalnız rəsmi şəkildə qeydə alına bilinən rəqəmlərdir. Qurbanların real sayının qat-qat artığı olduğu ehtimal edilir.
İsrail ordusunun 2023-cü il 7 oktyabrdan bəri Qəzzada qətlə yetirdiyi günahsız fələstinlilərin sayı isə 61 944 nəfərə, yaraladıqlarının sayı isə 155 886 nəfərə çatıb.
Xüsusi olaraq qeyd edək ki, İsrail ordusunun öldürdüyü dinc fələstinlilərin böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
Bundan başqa, təxminən 10 min qəzzalı isə itkin düşüb.
Həmçinin İsrailin tətbiq etdiyi hərtərəfli mühasirə – havadan, sudan və qurudan blokada nəticəsində bölgədə humanitar fəlakət yaşanmaqdadır, insanlar ərzaq, su, yanacaq və dərman kimi həyati əhəmiyyətli resursların çatışmazlığını yaşayırlar, çox sayda dinc sakin, xüsusilə də uşaqlar aclıqdan dünyalarını dəyişirlər.
Ekspertlər hesab edirlər ki, soyqırımı nəticəsində həyatını itirən qəzzalıların sayı qat-qat çoxdur, çünki Qəzzanın Səhiyyə Nazirliyi yalnız aşkar edərək dəfn edə bildiyi cəsədlərin sayını hesablaya bilir.
Bundan başqa, İsrail zindanlarında isə 10,4 mindən çox fələstinli saxlanılır ki, onların da arasında yüzlərlə uşaq və qadın var.
Qəzzada qıtlıq: Daha 2 uşaq aclıqdan öldü