Qəndil dağlarında əməliyyat - PKK-ya ağır zərbə

Türkiyə Silahlı Qüvvələri dünən Şimali İraqdaQəndil dağlarında keçirdiyi hava əməliyyatının nəticəsini açıqlayıb.

“Anadolu” agentliyinə istinadla xəbər verilir ki, hava hücumu zamanı terrorçuların sığınacaqları, silah-sursat anbarları kimi istifadə edilən hədəflər məhv edilib.

Xatırladaq ki, TSQ iyunun 12-də Qəndil dağlarında hava əməliyyatı zamanı 26 terrorçunu, iyunun 14-də Hakkari və Çuxurça bölgəsində isə 2 terrorçunu zərərsizləşdirmişdi.