Ermənistan Milli Məclisinin növbədənkənar iclası oktyabrın 22-nə təxirə salınıb.
Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, iclasın bu gün keçirilməsi nəzərdə tutulmuşdu.
Ermənistan parlamentinin iclasının gündəliyində Milli Məclisin növbədənkənar iclasının çağırılması barədə qərar layihəsi müzakirə edilməli idi. Ermənistan hökuməti Milli Məclisin növbədənkənar iclasını oktyabrın 22-si, saat 11:00-da keçirməyi planlaşdırır.
Milli Məclisin iclasında Ermənistan seçki kodeksinə, referendum haqqında qanuna, İnzibati Xətalar Məcəlləsinə, müdafiə haqqında qanuna dəyişikliklər və əlavələrin edilməsi nəzərdə tutulub.
Bundan öncə Ermənistan baş naziri Nikol Paşinyan Milli Məclisinin növbədənkənar iclasında istefaya gedəcəyini bildirmişdi.
Paşinyanın istefası təxirə salındı

Oxşar xəbərlər