Papa Fransisk Cənubi Sudana səfər edib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, katoliklərin ruhani lideri Papa Fransisk sülhü dəstəkləmək üçün Cənubi Sudana səfər edib.

Papa Fransisk Cuba hava limanında Cənubi Sudan Prezidenti Salva Kiir Mayardit başda olmaqla dövlət rəsmiləri  tərəfindən qarşılanıb.

Papa Fransisk paytaxt Cubada ölkənin diplomatik və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Papanın dünyanın ən gənc ölkəsi olan, aclıq, qarşıdurma kimi humanitar böhranlarla daim gündəmdə olan Cənubi Sudanda sülhü təşviq edən və ölkədəki humanitar böhranlara diqqət çəkən danışıqlar aparması gözlənilir.

Papa Fransisk səfər çərçivəsində ölkə rəsmiləri, diplomatlar, kilsə rəhbərləri və vətəndaş qrupları ilə yanaşı, illərdir şiddətdən əziyyət çəkən insanlarla görüşlər keçirəcək.

Qeyd edək ki, Papa Fransisk xəstəliyi səbəbindən 2022-ci ilin iyul ayına planlaşdırılan KDC və Cənubi Sudana səfərini təxirə salmışdı.