Nyu-Cersidə müsəlmanlara qarşı diskriminasiya şikayətləri

ABŞ-ın ən böyük müsəlman vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının Nyu-Cersi bürosu “Məhkəmənin kənarında” adlı illik insan haqları hesabatını yayınlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında müsəlmanlara qarşı diskriminasiya şikayətləri keçən 2022-ci ildə 46 faiz artıb.

ABŞ-ın ən böyük müsəlman vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının Nyu-Cersi bürosu “Məhkəmənin kənarında” adlı illik insan haqları hesabatını yayınlayıb.

Hesabatda 2022-ci ildə Nyu-Cersidə müsəlmanlara qarşı “ayrı-seçkilik” şikayətlərinin əvvəlki ilə nisbətən 46 faiz artdığı bildirilir. Ən böyük şikayət kateqoriyasını 22,4 faizlə iş mühitində, 18,4 faizlə məşğulluq və müraciətlərdə ayrı-seçkilik təşkil edir.

Məktəblərdə müsəlman şagirdlərə qarşı zorakılıq, anti-müsəlman kurikulum və müəllimlərin qərəzliliyi də ən böyük şikayət kateqoriyalarındandır.

Hesabat müəllifləri ABŞ-da 2001-ci il 11 sentyabr hadisələrindən sonra açıq anti-müsəlman əhval-ruhiyyəsinin ölkədə 20 il sonra da davam etdiyinə diqqət çəkilib və müxalifətin “gizli qərəz” formasına çevrildiyi qeyd edilib.