Noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında Azərbaycan Prezident İlham Əliyev səviyyəsində təmsil olunub.
40-dan çox Avropa liderinin qatıldığı sammitdə təhlükəsizlik, miqrasiya və narkotiklərlə mübarizə üzrə üç mühüm siyasi sənəd qəbul edilib. Azərbaycan onların heç birinə qoşulmayıb.
Ən geniş sənəd “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”dir. Ona 39 dövlət qoşulub.
Bəyannamədə Rusiyanın Ukraynaya qarşı müharibəsi pislənir, Ukraynanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir. Demokratiya, qanunun aliliyi, insan hüquqları, media və ifadə azadlığı da Avropa təhlükəsizliyinin əsas elementləri kimi göstərilir.
Bu sənədə Azərbaycanla yanaşı Ermənistan, Türkiyə, Serbiya və İsveçrə də qoşulmayıb. Gürcüstan isə imzaçılar sırasındadır.
İkinci sənəd qanunsuz miqrasiya ilə mübarizəni, sərhəd təhlükəsizliyini, insan qaçaqmalçılığına qarşı əməkdaşlığı və ölkədə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılmasını nəzərdə tutur. Ermənistan və Gürcüstan bu sənədi dəstəkləyib, Azərbaycan isə qoşulmayıb.
Üçüncü sənəd narkotik ticarəti, korrupsiya və çirkli pulların yuyulmasına qarşı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Burada cinayət yolu ilə əldə olunan aktivlərə qarşı yeni Avropa sanksiya mexanizminin hazırlanması da alqışlanır.
Azərbaycan XİN bildirir ki, ölkə “hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan” sənədlərə qoşulmayıb.
Ancaq nazirlik hansı müddəaların Azərbaycan üçün qəbuledilməz olduğunu açıqlamayıb. Üstəlik, sözügedən sənədlər klassik beynəlxalq müqavilələr deyil, dövlətlərin ortaq siyasi mövqeyini ifadə edən bəyanatlardır.
Azərbaycan sammit çərçivəsində Böyük Britaniya ilə ayrıca strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu sənəd isə ikitərəfli razılaşmadır.
Dublində keçirilən Zirvə toplantısında qəbul edilən üç mühüm siyasi sənədin heç birinə Azərbaycan qoşulmayıb

Oxşar xəbərlər