Suriya və İraq arasında İraq neftinin Hörmüz boğazından istifadə edilmədən quru yolu ilə daşınmasına imkan verəcək tranzit marşrutunun yaradılması ilə bağlı razılaşmanın yaxın günlərdə tamamlanması gözlənilir.
Bunu Suriyanın dövlət neft şirkəti “Syrian Petroleum Company”nin baş direktoru Yusif Kiblavi açıqlayıb.
Onun sözlərinə görə, İraq neftinin yük maşınları vasitəsilə Suriya ərazisindən ixracına yaxın vaxtlarda başlanması planlaşdırılır. Kiblavi iki ölkənin hökumətləri arasında bu məsələ ilə bağlı razılaşmanın demək olar ki, hazır olduğunu bildirib.
Şirkət rəhbəri ilk neftdaşıyan yük maşınlarından ibarət karvanın oktyabrın ortalarınadək Suriyaya çatacağına ümid etdiyini də qeyd edib.
İraq öz neftini Suriya üzərindən daşıyaraq satacaq