Əl-Əqsa Məscidində gərginlik! Tarixi qəbiristanlığa basqın

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın yaydığı məlumatda Qüds və İordan çayının qərb sahilində Fələstin torpaqlarını zəbt edən işğalçıların törətdiyi pozuntular və hücumlar təfərrüatlı şəkildə təsvir edilib.

Bildirilib ki, Fələstin torpaqlarını zəbt edən işğalçılar səhərin erkən saatlarında Əl-Əqsa Məscidinin şərq divarları boyunca yerləşən Bab ər-Rəhmə qəbiristanlığına basqın ediblər.

Vurğulanıb ki, yəhudi qrupları orada mütəmadi ayinlər icra etməklə Bab ər-Rəhmə ətrafındakı ərazini daimi ibadət məkanına çevirməyi hədəfləyirlər.