Gürcüstandan Azərbaycana deportasiya edilmiş jurnalist Əfqan Sadıqovun mülki geyimlilər tərəfindən saxlanıldığı deyilir.
Bu barədə iyunun 8-də jurnalistin həyat yoldaşı Sevinc Sadıqova sosial mediada məlumat yayıb.
“Maskalı, mülki geyimli 4-5 nəfər Əfqanın olduğu yerə basqın edərək onu zorakılıqla aparıblar. Onu hara və hansı səbəbdən apardıqları barədə heç bir məlumat verməyiblər”, - S.Sadıqova yazıb.
Azel TV” "YouTube" kanalının rəhbəri olan Əfqan Sadıqov 2024-cü il avqustun 3-də Tbilisidə həbs edilib.
Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi.
Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər. Lakin ötən il fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib.
Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist ötən il aprelin 16-da azadlığa buraxılıb.
Lakin həmin vaxtdan sonra da Ə.Sadıqov dəfələrlə Tbilisidəki etiraz aksiyalarında iştirakına görə Gürcüstan tərəfindən ümumilikdə 270 min lari cərimələnib və iki həftə müddətinə inzibati qaydada həbs olunub.
Əfqan Sadıqov 5 aprel 2026-cı il gecə saatlarında Tbilisidə saxlanılıb və bir neçə saat ərzində Azərbaycana deportasiya edilib.
Jurnalist Əfqan Sadıqovun mülki geyimlilər tərəfindən saxlanıldığı deyilir