ABŞ-nin “The Washington Post” nəşri Gürcüstanla bağlı redaksiya məqaləsi dərc edib. Məqalədə bildirilir ki, getdikcə daha avtoritar xarakter alan “Gürcü Arzusu” hökuməti Donald Tramp administrasiyasının Cənubi Qafqazdakı strateji maraqları üçün təhlükə yaradır. Müəlliflər yazırlar ki, vaxtilə Vaşinqtonun etibarlı tərəfdaşlarından biri hesab olunan Gürcüstan indi “İranın təsir orbitinə meyllənir”.
Nəşrin qənaətinə görə, illərlə ABŞ-nin “etibarlı müttəfiqi” hesab olunan ölkə getdikcə daha çox “anti-Amerika” siyasəti yürüdür. Onların fikrincə, “Gürcü Arzusu” hökuməti Qərb tərəfdaşları ilə münasibətləri qurban verərək Rusiya və İranla əlaqələri dərinləşdirməyə çalışır.
İranın təsirindən danışan müəlliflər Hudson İnstitutunun son hesabatına istinad edirlər. Nəşrin məlumatına görə, Gürcüstan hökuməti İrana ölkənin etnik şiə azərbaycanlı əhalisini ələ almağa yönəlmiş dini məktəblər, gənclər və xeyriyyə təşkilatları, eləcə də müxtəlif nəşrlər şəbəkəsi yaratmağa icazə verib.
Məqalə müəllifləri həmçinin qeyd edirlər ki, Donald Tramp administrasiyasının təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında gedən sülh prosesi fonunda Tiflis regional danışıqlarda öz mövqelərini gücləndirməyə çalışır.
“Heç bir şübhə yoxdur ki, "Gürcü Arzusu" prezident Donald Trampa sövdələşmələrə əsaslanan münasibətlər təklif edəcək. Amma eyni zamanda bu hakimiyyət açıq şəkildə Amerikanın ən qatı düşmənlərindən biri ilə yaxınlaşmağa çalışır", - məqalədə deyilir.
“The Washington Post”un hazırkı Gürcüstan hökumətinin Tramp komandasının regionumuzdakı maraqları üçün təhlükə yaratdığı barədə iddiası nə dərəcədə reallığa uyğundur? “Gürcü Arzusu”nun Cənubi Qafqazda ABŞ təsirinin azalmasına yönəlmiş konkret addımlarına dair hansısa nümunələr varmı? Əgər varsa, onlar nə dərəcədə uğurludur? Gürcüstan niyə İranla yaxınlaşır?
REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, “The Washington Post” Donald Trampın deyil, Demokratların nəzarətində olan nəşrdir. Demokratların isə “Gürcü Arzusu”na mənfi münasibəti var: “Demokratlar Partiyası "Gürcü Arzusu" Partiyasını qəbul etmir. Trampla indi “Gürcü Arzusu” arasında müəyyən əlaqələrin yaradılmasına çalışılır. “The Washington Post” kimi nəşrlər də bu tipli məqalələrlə yaxınlaşmanın qarşısını almaq istəyir. Çünki Qərbdə “Gürcü Arzusu”nun tam legitimləşdirilməsi onların maraqlarına uyğun deyil.
Gürcüstanda müsəlmanlar dinə bağlıdırsa, bunu dövlətin İranla yaxınlaşması kimi şərh etmək məntiqli deyil. Gürcüstan İranla niyə yaxınlaşsın ki? Ümumi sərhədi yox, ümumi əlaqələri, ümumi maraqları yox. Gürcüstan İranla hansı marağa görə yaxınlaşmaq istəyə bilər? Gürcüstanın İranla turizm, ticarət əlaqələri var. Burada isə qeyri-adi nə isə yoxdur. Gürcüstan müstəqil ölkədir. ABŞ ilə də münasibətlərini davam etdirir. Rusiya və İranla da əlaqələrinin olması ABŞ-yə qarşı çıxmaq kimi qiymətləndirilməməlidir".
Natiq Cəfərli qeyd etdi ki, İranın Ermənistanla münasibətləri, əlaqələri Gürcüstanla əlaqələrdən, münasibətlərdən qat-qat çoxdur, amma buna görə ABŞ Ermənistana sanksiya qəbul etmir. Gürcüstana da İranla ticarət və turizm əlaqələrinə görə hədəfə alası deyil.
Natiq Cəfərli: “Gürcüstanda müsəlmanlar dinə bağlıdırsa, bunu İranla yaxınlaşma kimi şərh etmək məntiqli deyil”