Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı ölkədən çıxış qadağaları ilə bağlı daha bir qərar qəbul edib.
“Azadlıq Radiosu”nun xəbərinə görə, qərar keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva və deputat Fazil Mustafaya qarşı silahlı hücum işi üzrə ömürlük həbs cəzası almış Azər Səricanovun həyat yoldaşı Elnarə Səricanovanın müraciətləri əsasında verilib.
Məhkəmə hər iki ərizəçiyə tətbiq olunan ölkədən çıxış məhdudiyyətinin hərəkət azadlığı hüququnu pozduğunu müəyyən edib. Qərarda həmçinin qeyd olunub ki, onların şikayətləri üzrə ölkədaxili hüquqi müdafiə mexanizmləri effektiv işləməyib. Bu səbəbdən Avropa İnsan Hüquqları Konvensiyasının həm hərəkət azadlığını nəzərdə tutan 4 saylı Protokolunun 2-ci maddəsinin, həm də səmərəli hüquqi müdafiə vasitələri hüququnu təsbit edən 13-cü maddəsinin pozulduğu qənaətinə gəlinib.
Ərizəçilər mənəvi zərərin əvəzi olaraq hər biri üçün 6 min avro, məhkəmə xərcləri üçün isə 2 min avro tələb etsələr də, AİHM hər birinə 3 min avro təzminat ödənilməsinə qərar verib. Bundan əlavə, Azərbaycan hökumətinə hər ərizəçi üçün 500 avro məhkəmə xərci ödəmək öhdəliyi qoyulub.
İş materiallarına görə, Zeynəb Abdullayeva və Elnarə Səricanova 2023-cü ildə ölkədən çıxışlarına qadağa tətbiq olunduğunu öyrəniblər. Onlar müxtəlif cinayət işləri üzrə şahid qismində dindirildikdən sonra istintaq orqanları tərəfindən barələrində belə məhdudiyyət tətbiq edilib.
Hər iki şəxs bu qərarlardan yerli məhkəmələrə şikayət etsə də, nəticə əldə edə bilməyib. Səricanovanın müraciəti üzrə məhkəmə işin mahiyyətinə baxmaqdan imtina edib.
Abdullayevanın şikayəti isə təmin olunmayıb. Yerli məhkəmə qərarında göstərilib ki, onun ifadə verdiyi cinayət işi üzrə istintaq tamamlanmayıb və gələcəkdə ona qarşı ittiham irəli sürülməsi ehtimalı mövcuddur. Məhz bu əsasla tətbiq edilən məhdudiyyət qanuni hesab olunub.
AİHM-ə təqdim olunan şikayətlərdə isə vurğulanıb ki, Azərbaycan qanunvericiliyində şahid qismində cəlb olunan şəxslərin ölkədən çıxışına qadağa qoyulmasını nəzərdə tutan norma yoxdur.
AİHM daha əvvəl də Azərbaycanda tətbiq olunan analoji çıxış qadağaları ilə bağlı bir sıra qərarlar qəbul edib. Hazırda bu mövzuda onlarla şikayət üzrə araşdırmalar davam edir. Həmin müraciətlərin əksəriyyəti jurnalistlərə, ictimai fəallara və siyasi fəaliyyətlə məşğul olan şəxslərə aiddir.
Azərbaycan çıxış qadağalarına görə növbəti dəfə Avropa Məhkəməsində uduzub