ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında pərdəarxası münasibətlərdə baş verən və dünya diplomatiya tarixini sarsıdacaq söyüş qalmaqalının şok detalları rəsmən təsdiqlənib.
ABŞ-ın nüfuzlu "Axios" nəşrinin Trampın Netanyahuya gizli danışıq zamanı "Sən, lənətə gəlmiş bir dəlisən!" (you, damn, crazy) qışqırdığı barədə yaydığı rəsmi reportaja Ağ Ev rəhbərindən gözlənilməz və sensasiyalı reaksiya gəlib.
ABŞ Prezidenti mətbuata verdiyi açıqlamada bu şok iddianı tamamilə təsdiqləyərək deyib: "Bəli, mən ona bu sözləri demişəm. Mən həmişə qəzəbliyəm. Netanyahunun Livanla bitmək bilməyən, daimi müharibə aparması məni olduqca ciddi şəkildə qəzəbləndirmiş və hövsələdən çıxarmışdı. Bilirsiniz, mən müəyyən bir məqamda ona qəti şəkildə dedim ki, biz artıq bu rəzaləti dayandıracağıq".
Jurnalistlərin "Netanyahu sizi İranla böyük bir müharibəyə sürükləmək üçün aldadıb-aldatmadığı" barədə verdiyi suala cavab verən Tramp, Yaxın Şərqdəki bu qanlı ssenarini əslində özünün başlatdığını etiraf edib: "Açığı, bütün bunları mən başlatmışam. Heç kimi yormaq istəmirəm, lakin mən bu prosesə ona görə start verdim ki, biz heç bir halda İranın nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Hamı bir şeyi yaxşı bilsin: əgər mən olmasaydım, hazırda İsrail adlı bir dövlət ümumiyyətlə, mövcud deyildi, çoxdan məhv olmuşdu".
Tramp: Mən olmasaydım, İsrail adlı dövlət yox idi