Tehran meri müavininin sosial məsələlər üzrə köməkçisi Məhəmməd Əmin Təvəkkülizadə bildirib ki, şəhid İmam Xamenei üçün dəfn mərasimlərinin keçirilməsi ilə bağlı hazırlıqlar davam edir.
İran İslam Respublikası üç şəhərdə mərasim hazırlıqlarına başlayıb. Tehranda milyonlarla insanın iştirakı gözlənilir. Mərasimlərin Tehran, Qum, Məşhəd şəhərlərində təşkil olunacağı artıq dəqiqləşib.
Rəsmi açıqlamaya əsasən, paytaxt Tehranda keçiriləcək mərasimə 15-20 milyondan çox insanın qatılması üçün hazırlıq işləri aparılır. Təhlükəsizlik tədbirləri, nəqliyyat planlaması, kütləvi iştirakın koordinasiyası üzrə xüsusi hazırlıq görülür.
İran rəsmisi bildirib ki, İraqda ayrıca dəfn mərasimi keçirilməsi məsələsi hazırda yekun qərar verilməyən mövzular sırasındadır.
Bu məsələ ilə bağlı qərarın daha sonra veriləcəyi açıqlanıb.
Mərasimlər ərəfəsində İranın müxtəlif şəhərlərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
Rəsmilər böyük izdiham gözlənildiyini və dövlət qurumlarının tam hazırlıq vəziyyətində olduğunu açıqlayıb.
Ayətullah Seyid Əli Xamenei üçün 3 şəhərdə cənazə mərasimi keçiriləcək