Azərbaycanda siyasi həbslər davam edir. Avropa İttifaqının son hesabatında Avropa ölkələri sırasında Azərbaycan həbs səviyyəsinə görə Türkiyədən sonra ikinci yeri tutur. Ölkəmizdə məhbuslar hər yüz min nəfərə 271 şəxs olmaqla mövcud həbsxana yerlərinin tamını doldurur. Onların sıralamasıda dəqiq rəqəmlər əldə etmək mümkün olmasa da, orta hesablamalar siyasi həbslərin davamlı icra edildiyini göstərir.
2023-cü ildə həbsxanalarda məhbus sayı 25 672 nəfəri (yəni mümkün yerlərin 92 faizini) təşkil edirdisə, 2025-ci ildə bu rəqəm 28 150 nəfərə (yəni həbsxanada doluluq səviyyəsi 98,3 faizə) yüksəldib. Bu rəqəmləri rəsmi statistik olaraq göstərilməsi və davamlı olaraq həbslərin gerçəkləşdiyi ortamda vəziyyətin qeyd edildiyindən daha acınacaqlı olmasını düşünmək olar.
Rejimin təzyiqi və qorxu maşını ilə yanaşı həbs edilən ailələrdə yaratdıqları aldadıcı inam bu gün bir çox məhbusların həbslərinin siyasi motivli olsa da, onlar haqda məlumat gizlədilir. Buna görə də siyasi məhbuslar hər il yenilənən rəqəmlərin qat-qat yüksəyini təşkil etdiyi şübhəsizdir.
İllərdir siyasi təzyiq, həbs və işgəncələr yaşayan bir hərəkat olaraq Müsəlman Birliyi Hərəkatı da qanunsuz həbslər, şər və böhtanla üzləşməkdədir. 2026-cı ilin yarım ilinin nəticələrinə əsasən hal-hazırda hərəkatın sədri Tale Bağırzadə daxil olmaqla 54 üzv həbsdədir. Bu il daha 3 hərəkat üzvünün istintaqı başladılıb, digər bir üzvnə isə hökm oxunub.
Ümumilikdə saxlanılanlar barəsində bir qayda olaraq formalaşdırılan “İran cəsusu” iddiası irəli sürülsə də, məhkəmələr sankı ölkə narkomaniya “istehsal” edirmiş kimi hər bir inanclı üçün narkotiklərlə bağlı cinayət işini araşdırır.
2025-ci ilin dekabr ayında imzalanan Aministiya 2026-cı ildə 8 MBH üzvünün vaxtından əvvəl azad olunmasına səbəb olsa da, bu gün üçün 54 hərəkat üzvü dəmir barmaqlıqlar arxasında qalmaqdadır.
Son siyasi məhbus siyahısında 328 nəfər məhbusun 182 nəfəri inanclılardan ibarətdir. Hansı ki, Müsəlman Birliyi Hərəkatının üzvüləri də onların sıralarındadır.
Hal-hazırda 54 MBH üzvü siyasi həbs həyatı yaşayır