Bu ilin may ayının əvvəlində 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat edən İKT eksperti İlqar Əliyevin səs yazısı və məhkəmə sənədləri yayılıb.
Səsyazısını və məhkəmə sənədlərini AbzasMedia yayıb.
İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert kimi tanınan İlqar Əliyev 2023-cü ildə AbzasMedia-ya qarşı başladılan repressiya dalğası zamanı həbs edilmişdi. O, şərlənərək həbs olunduğunu, zorla videoya çəkilərək narkotik maddənin ona məxsus olduğunu etiraf etməyə məcbur edildiyini və məhkəmənin barəsində qanunsuz hökm çıxardığını deyib.
İlqar Əliyev səs yazısında da şərlənərək və zorla videoya çəkilərək narkotik ittihamını etiraf etməyə məcbur edilməsindən danışıb.
“13 dekabr 2023-cü il, polis şərinə, böhtanına, zorakılığına məruz qalaraq qanunsuz olaraq tutuldum. Nəsimi Rayon Polis İdarəsində mənim cibimə psixotrop maddə qoydular, sonra mən bildim. Bunun mənim olduğunu etiraf etməyim üçün təhdid etdilər, ailəmlə təhdid etdilər. Dedilər ki, qoyulan maddənin sənin olduğunu təkzib etsən, onda ailəni, həyat yoldaşını gətirəcəyik, ya evindən tapacağıq, hal şahidləri də qoyacağıq – yalançı hal şahidləri ki, bu, həqiqətən sənindir”, – İlqar Əliyev son səs yazısında bildirib.
AbzasMedia-nın əldə etdiyi məhkəmə sənədlərində İlqar Əliyevin saxlanılarkən polisin fiziki zorakılığına məruz qaldığı qeyd olunur. O, məhkəmədəki ifadəsində bildirib ki, 2023-cü il dekabrın 13-də mülki geyimli iri cüssəli bir şəxs ona yaxınlaşaraq sinəsindən yumruqla vurub. Ardınca daha üç nəfər onu zorla avtomobilə mindirərək Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparıb.
İlqar Əliyevin sözlərinə görə, sinəsinə vuran həmin şəxs bu zaman cibinə qeyri-müəyyən bir şey qoyub.
İlqar Əliyev səs yazısında zorla narkotik ittihamını etiraf etməyə məcbur edilməsindən danışıb