Son günlər Bəhreyndə şiə alimlərinə, ruhanilərinə və sadə inanclı insanlara qarşı başlayan kütləvi həbslər və təzyiqlər ciddi narahatlıq doğurur. Uzun illərdir öz dini və siyasi hüquqları uğrunda mübarizə aparan Bəhreyn şiələri yenidən zülm və repressiya ilə üz-üzə qalıblar.
Biz MBH (müsəlman Birliyi Hərəkatı) Avropa nümayəndəliyi olaraq hesab edirik ki, bölgədə İran ilə Sionist İsrail rejimi və qəsbkar Amerikalı qüvvələri arasında baş verən qarşıdurmalardan sonra şiələrə qarşı düşmənçilik siyasəti daha da gücləndirilib. Bu gün Bəhreyndə baş verən həbslər və təzyiqlər də həmin siyasətin davamıdır. Şiə xalqından və onların müqəddəs dəyərlərindən qisas almaq məqsədi daşıyan bu addımlar insan hüquqlarını və dini azadlıqları açıq aşkar heçə saymaqdır.
Təəssüf ki, Azərbaycan xalqı da illərdir oxşar problemlərlə qarşılaşır, dini inanclı insanlara və şiə ruhanilərinə qarşı müxtəlif təzyiq və həbslərin şahidi oluruq. Bu səbəbdən Bəhreyn xalqının yaşadığı ağrı və mübarizə Azərbaycan xalqına yad deyil.
MBH Avropa nümayəndəliyi olaraq Bəhreyn xalqının bu zülm qarşısında göstərdiyi dirənişi, iradəni və səbrini yüksək qiymətləndiririk. Onlara haqq mübarizələrində müvəffəqiyyət və zəfər arzulayırıq.
Zülm qarşısında susmamaq, haqqı müdafiə etmək və dini-mənəvi dəyərləri qorumaq hər bir vicdanlı insanın borcudur.
MBH Avropa nümayəndəliyi
Müsəlman Birliyi Hərəkatının Avropa nümayəndəliyi Bəhreyn şiələrinə dəstək bəyanatı yaydı