Bir zamanlar Trampa sığınan Zelensk bu gün elə Trmpın təzyiqi ilə sülhə məcbur edilir

ABŞ və Ukrayna arasında pərdəarxası gərginlik pik həddə çatıb. "The New York Times"ın (NYT) Ağ Evdəki və Kiyevdəki yüksək rütbəli mənbələrə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası müharibəni bu ilin yayına - iyun ayına qədər dayandırmaq üçün Ukrayna üzərindəki təzyiqləri görünməmiş dərəcədə artırıb.

Vaşinqton Kiyevdən Moskvaya "ağrılı güzəştlər" etməyi tələb edir.

 

Ağ Evin "Yay Ultimatumu": Ərazi və seçki şərti

NYT yazır ki, Trampın komandası sülh sazişinin 2026-cı ilin iyun ayına qədər imzalanmasını hədəfləyir. Bu tələskənliyin arxasında ABŞ-dakı daxili siyasi vəziyyət, xüsusən də payızda keçiriləcək konqresə aralıq seçkiləri dayanır. Vaşinqtonun Kiyevdən tələb etdiyi əsas güzəştlər bunlardır:

Rusiya tərəfindən işğal olunmuş Donbas və digər regionların faktiki statusunun (ən azı müvəqqəti olaraq) tanınması;

Müharibə vəziyyətinə baxmayaraq, Ukraynada demokratik seçkilərin ən qısa zamanda keçirilməsi və bununla da hakimiyyətin legitimliyinin yenilənməsi;

 Sülh sazişinin mətni üzrə ümumxalq səsverməsinin təşkili.

 

Kiyev təşvişdədir: "Əvvəl təhlükəsizlik, sonra güzəşt"

Kiyevdəki rəsmilər bu təzyiqlərdən son dərəcə narahatdırlar. Ukrayna tərəfi hesab edir ki, ərazi güzəştləri Moskvanı yalnız daha böyük müharibəyə həvəsləndirəcək. Ukrayna nümayəndə heyəti hər hansı sənədə imza atmazdan əvvəl "polad kimi möhkəm" təhlükəsizlik zəmanətləri, o cümlədən Qərb hərbçilərinin monitorinq missiyasında iştirakını tələb edir.