Hacı Tale Bağırzadə MBH-nin növbəti ildönümündə təbrik bəyanatı paylaşdı

Hərəkatımız yaranan gündən mübarizənin və mücadilənin tam mərkəzində qərar tutdu. Bu illəri bütün varlığını haqqın yanında və müdafiəsində keçirərək böyük əzmkarlıq nümayiş etdirən MBH öz hədəfimizdə bütün imkanlarını səfərbər etdi.

Bu yolda şəhidlər verdik, qazilərimiz oldu, həbsxananı gülüstana çevirən Yusiflərimiz və bu meydanın qəhrəmanlıq simvolu Zeynəblərimiz bizimlə bərabər addımladı.

Budur 11 ildir Müsəlman Birliyi Hərəkatı hər il bir tarix səhifəsi çevirərək milli məfkurədə ümmətçilik prinsipinə sədaqət göstərməklə ayaqdadır. Bu yolun böyük fədailəri şəhidlərimiz, qazilərimiz, hərəkatımızın hər bir fərdi və qəlbi hərəkatla olub daima birlik nümayiş etdirən hər kəsə öz dərin minnətdarlıq, sonsuz təşəkkürümüzü bildiririk.

Biz sizinlə növbəti illəri daha mətin addımlarla irəliləmək üçün Allahdan güc və yardım diləyirik.