Billie Eilish, Cillian Murphy, Joaquin Phoenix və Javier Bardem də daxil olmaqla bir çox sənətçi Fələstinə dəstək çağırışı edib.
“TRT News”un məlumatına görə, Londonda “Birlikdə Fələstin üçün” konserti öncəsi yayımlanan videoda çoxsaylı məşhurlar Fələstinə dəstək çağırışı edib.
Videoda iştirakçılar “Fələstin” deyərək başlayır və “Vərəf” serialındakı rolu ilə tanınan aktyor Brayan Koks “Fələstin xalqı adından həqiqəti söyləməliyik” deyib.
“Atəşkəsə çağırın, qətlləri dayandırın”
Britaniyalı komediyaçı və aktyor Stiv Kuqan, "Bu iş bitəndə deyil, indi səsinizi ucaltmaq vacibdir. Hazırda hadisələr baş verərkən. Hökumətinizə təzyiq edin, dinc kampaniyaçılara dəstək verin. Atəşkəsə çağırın, qətlləri dayandırın" deyib.
Videoda Finneas O’Konnell, Penelope Kruz, Nataşa Rotvel, Şeron Horqan, Benedikt Vonq, Piter Qabriel, Malala Yusufzay və Rupi Kaur da yer alıb.
Onlayn olaraq canlı yayımlanan və Fələstin təşkilatları üçün vəsait toplamaq üçün təşkil edilən konsertdən əldə olunan gəlir Taawon (Rifah Dərnəyi), Fələstin Uşaqlara Yardım Fondu (PCRF) və Fələstin Tibbi Yardım Cəmiyyəti (PMRS) kimi təşkilatlara sərf olunacaq.
Dünya şöhrətli sənətçilər Fələstin üçün həmrəyliyə çağırır