Liverpulda (İngiltərə) Dünya Boksunun təşkilatçılığı ilə keçirilən kişilər və qadınlar arasında boks üzrə dünya çempionatı davam edir.
Məlumata əsasən, yarımfinal görüşlərində Azərbaycanın təmsilçiləri rinqə çıxıb.
Səidcəmşid Cəfərov (75 kq) Özbəkistan idmançısı Fazliddin Erkinbayevə 1:4, Alfonso Dominqes (90 kq) isə braziliyalı İsaias Santos Ribeyro Filyoya 2:3 hesabı ilə məğlub olub.
Beləliklə, hər iki azərbaycanlı idmançı dünya çempionatında bürünc medal qazanıb.
Azərbaycanın iki boksçusu Dünya Çempionatında bürünc medal qazandı