Növbəti təhsil ilinə qədəm qoyduq. Elm və təhsilin bu günkü dünyada əsas nüvələrdən biri olduğu heç kəsə sirr deyil. Təhsil bir xalqın müqəddəratını müəyyənləşdirən, həqiqətləri dərk etmək üçün xüsusi imkanlar yaradan unikal dəyərdir. Buna görə dünyanın istənilən nöqtəsində ölkələr strateji əhəmiyyət kəsb edən təhsilə bütün resursları sərf edir, onun inkişafı üçün əlindən gələni edirlər.
Azərbaycanda isə təhsilin problemləri — proqramlardan başlayıb repetitorların üzərinə yüklənən minlərlə neqativə qədər — acınacaqlı həddə çatıb. Bir çox məktəbdə tədris prosesi məktəb divarlarını belə tanımayan uşaqlar üçün uyğun hazırlıq təmin etmədən başlayır və sonra “irəliləyiş” dediyimiz şey əslində ağıl kənarı bir mənzərə yaradır. Özündən ağır çanta daşıyan uşaqların ali təhsil səviyyəsi də çox vaxt yalnız diplom almaq uğrunda mübarizə formasına çevrilib; belə təhsil sabahımıza işıq tutmaq əvəzinə getdikcə kölgələnir.
Həqiqəti anlamaq baxımından təhsilin son on ili əhatə edən statistik göstəricilər acı bir mənzərə ortaya qoyur: orta və ali məktəblər yalnız diplom verən institutlara çevrilib və bunun xaricində real uğurlar görünmür. Son on ilin nəticələri ümumilikdə bir çox sahənin (şou-biznesi çıxmaq şərti ilə) səthi baxışla belə geriləməni təsdiqləyir. 2000-ci illərin əvvəllərində yetişən mütəxəssislərlə bu gün yetişən mütəxəssislər arasında uçurum yaranıb. Ölkədə formalaşmış atmosfer yaltaqlıq, rüşvət, qorxaqlıq və yalançılıq kimi mənfi keyfiyyətlərin daha geniş yayılmasına şərait yaradıb və bu da təhsil ocaqlarının məhz belə kadrlar yetişdirməsinin nəticəsidir.
Əlbəttə ki, problemin mənbəyi təhsili bu vəziyyətə gətirən, azad düşüncəni boğan rejimlə bağlıdır. Azadlıqlar məhdudlaşdıqca təhsil azad ruhda inkişaf edə bilmir və tələbələrin ruhiyyəsi, elmi fəaliyyətləri eyni böhran şəraitində qalır. Azad düşüncə zəncirləndikdə, sabahını məhdud imkanlarda görən şagird tələbəyə çevrilir və təhsili daha çox qazanc mənbəyi kimi görməyə başlayır. Bu durumda məqsədi yalnız və yalnız varlanmaq olan tələbənin hansı mənəvi güzəştlərə gedəcəyini təsəvvür etmək çətin deyil. Bunun baş verməsinin göstəricilərindən biri də medianın vəziyyətidir, xalqın güzgüsü olan media bugün təhsilin necə dərin tənəzzülə uğradığını açıq göstərir.
Təhsil insanlara elmlə yanaşı gələcəyi görmək üçün nur bəxş etməlidir. Elm düşüncəni işıqlandırmalı, xalqın rifahını, azadlıq və inkişafını nəzərə alan fəaliyyət planları meydana gətirməli və bu istiqamətdə işləməlidir. Bilik xalqın imkanlarını genişləndirən, nurlu gələcəyə yol açan vasitədir. Təəssüf ki, bəzi hallarda elmi yalnız diplom qazanmaq üçün vasitə hesab edən düşüncə tərzi üstünlük təşkil edir və bu, rüşvətin, korrupsiyanın, oğurluğun və qanunsuzluğun normal hesab olunmasına yol açır, nəticədə indiki reallıq ortaya çıxır.
Azərbaycan təhsilinin vəziyyəti pisləşir və bu, artıq hər kəs üçün aydın reallıqdır. Təəssüf ki, görünən odur ki, növbəti təhsil ili də eyni zehniyyətlə, təhsilin imkanlarını nurlu sabahın formalaşmasına yönəltmək əvəzinə, hüquqi forma almış mənfi halları legitimləşdirməyə davam edəcək.
Elm cəmiyyətimizin ziyası, yoxsa zülmətinə qapı açır?