Hindistanın "Indian Oil Corp" və "Bharat Petroleum Corp" şirkətləri sentyabr və oktyabr aylarında göndəriləcək bir neçə partiya "Urals" markalı Rusiya nefti alıblar.
Bu haqda məlumatı "Bloomberg" yayıb.
Treyderlərin sözlərinə görə, "Urals" neftinin qiymətində endirim $1-dən $2,50-a qədər artıb ki, bu da Rusiya neftinin alışına yenidən başlamaq üçün əlavə stimula çevrilib.
ABŞ maliyyə naziri Hindistanı Ukraynada müharibə başladıqdan sonra ucuz Rusiya neftindən qazanc əldə etməkdə ittiham edib və qeyd edib ki, Hindistanın adı çəkilən ölkədən neft idxalındakı payı 1%-dən 42%-ə yüksəlib. Eyni dövrdə Çinin bu göstəricisi yalnız 13%-dən 16%-ə yüksəlib.
KİV: Hindistanın dövlət neft emalı zavodları qısa fasilədən sonra yenidən Rusiya nefti alır