Hollandiyada İsrail səfirliyinin qapısına qan rənginə boyadılar

Hollandiyada sionist rejimin səfirliyinin qapısına qan rəngi tökdülər.

Rejimin xarici işlər nazirliyi açıqlama verərək bildirib ki, bəzi şəxslər Hollandiya paytaxtındakı İsrail səfirliyinin qapısını sındıraraq, qapıya qırmızı rəng töküblər.

İsrailin Radio və Televiziya şirkəti də üç nəfərin səfirliyin qapılarına qan rəngi səpdiklərinə və qapını sındırdıqlarına görə saxlanıldıqlarını açıqlayıb.