İsrail BƏƏ-dəki diplomatlarını təxliyə edir

İsrail Birləşmiş Ərəb Əmirliklərindəki diplomatlarının əksəriyyətini təxliyə etmək qərarı qəbul edib.

Bu qərar BƏƏ ərazisindəki İsrail nümayəndələrinə hücum ehtimalının olmasının fonunda qəbul edilib.

Tədbir həm Əbu-Dəbidəki səfirlik, həm də Dubaydakı baş konsulluq işçilərinə şamil edilib.

Həmçinin İsrail vətəndaşlarına BƏƏ-yə səfərlərdən çəkinmək də məsləhət görülüb.