Bədii gimnastlarımız Almaniyada 3 medal qazandı

Azərbaycan Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında üçüncü medalını qazanıb.

Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət bədii gimnastika üzrə qrup komandası bu dəfə 3 top və 2 halqa ilə hərəkətlərdə fərqlənib.

Hakimlərdən 23.950 xal alan kollektiv fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qızıl medalı isə Ukrayna yığması əldə edib.

Qeyd edək ki, bu, Azərbaycanın Universiadada 3-cü medalıdır. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası daha əvvəl çoxnövçülükdə və 5 lentlə hərəkətlərdə birinci yeri tutub.