Azərbaycanda kazinoların fəaliyyətinə icazə verildi

Azərbaycanda kazino oyunları leqallaşdı. Milli Məclis süni torpaq sahələrində kazino fəaliyyətini icazələyən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Layihəyə əsasən, Azərbaycanda kazino yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində təşkil oluna bilər.

Bildirilib ki, kazinoların fəaliyyəti vergilərin artırılmasına, turizmin inkişafına və yeni iş yerlərinin açılmasına xidmət edəcək.

Deputatlar vurğulayıblar ki, hazırda Azərbaycan vətəndaşları kazino üçün xarici ölkələrə üz tutur və ya onlayn platformalara qoşulurlar, yeni qanun “kölgə qumar”ın qarşısını almağa imkan verəcək.

Xatırladaq ki, eyni fikirlərin əksi olaraq Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş Prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunmuşdu.