“Bir gənc İmam Sadiqə (ə) yaxınlaşıb İmam Hüseynə (ə) necə ziyarət etməsi barəsində soruşduğu zaman İmam (ə) buyurdu: “İmam Hüseynin (ə) mübarək məzarının qarşısında durub yeddi dəfə de; Subhanəllahi vəlhəmdulilləhi və la ilahə illəllahu vəllahu əkbər Ləbbeyk ya daiyəllah“(yəni səninləyəm ey Allaha tərəf çağıran). Yəni İmam Hüseyn (ə) bizi Allaha tərəf çağırandır, çatdırandır. Həmçinin Quran Peyğəmbəri (s) bu adla vəsf edir. İmam Hüseyn (ə) də Peyğəmbərin (s) missiyasını davam etdirir. Bütün İmamların hədəfi budur ki, bizi Allaha çatdırsınlar, Allahla dost etsinlər.”
Seyid Şəhadət Heydərov.
Dünyanın hər bir nöqtəsində Məhərrəm ayı gəlincə əzadarlıq məclisləri böyük şövqlə davam edir. Vətənimiz Azərbaycanda da Hüseyn (ə) aşiqləri qara geyinərək Peyğəmbər (s) balasının matəminə şərik olmaq üçün belə məclislərin keçirildiyi məkanlara sınıq qəlblə təşrif buyururlar.
Belə ibadət ocaqlarından biri də Bakının Bülbülə qəsəbəsində yerləşən “İmam Ümmət” məscididir. Məhərrəm ayının ilk günündən əza tədbirlərinin keçirildiyi bu ocağa çoxsaylı inanclılar qatılaraq Fatimə (s.ə.) balasının matəminə şərik olmağa gəlirlər.
Məsciddə axşam namazı məscidin imamı Seyid Şəhadət Heydərovun rəhbərliyi altında qılındıqdan sonra əza məclisi öz işinə başlayır. Açılış Qurani-Kərimin oxunuşu ilə başlayaraq ardınca ilahiyyatçı Hacı Şəhadət Məhərrəm ayı boyunca başlatdığı silsilə “İmam Hüseynin(ə) hədəfləri” mövzusunda çıxışını edir və məclis növhə, mərsiyələrin deyilişi ilə davam edir. Sonunda dualar edilərək məclis yekunlaşır.
“İmam Ümmət” məscidində İmam Hüseynə (ə) əza məclisləri davam edir