Niyə Netanyahu yox, Ayətullah Xamenei hədəfdədir?

İki ölkə, İran və İsrail arasında atəşkəs elan edilən andan müəyyən fikirlər mətbuatın maraq nöqtəsindən çəkilmir. Hər kəs müharibədən sonra xalqın hakimiyyət idarəçiləri haqqında müxtəlif fikirlər söyləyərək, bunu öz baxış bucaqlarında əsaslandırmağa çalışır. Hətta məsələ bu günə qədər nəinki ətrafı, hətta özünün belə hansı - müxalifət yoxsa iqtidar təmsilçisi rolunda çıxış etdiyini anlamayan Sabir Rüstəmxanlı kimilər belə hadisədə tərəf olaraq qınaq hədəfini müəyyən edirlər.

Bu çoxsaylı media mənsublarının geniş təhlilinə yer ayırdığı, həqiqətdə isə açıq nifrəti mədəni kamufulyaj edən bir yanaşmadan başqa bir şey deyil. Acınacaqlısı isə danışanlar, qətiyyətlə heç birinin öz sahəsində uğur qazanmayan siyasətinin güya uzaqgörən yanaşması olaraq “ağıllı görünmə” cəhdi ilə insanda həqiqətən də belələrinin yüksək vəzifə tutmamasına sevinmə kimi bir hiss yaradır.

Mövzunun bu hissəsi daha maraqlı və yanaşma üçün incə məqamları özündə ehtiva edən bir həqiqəti hər kəs üçün sual altına çəkir: Görəsən, Azərbaycanda belə çətin duruma səbəb olan bir sistemin hakimiyyətə gətirilməsi hansı uğursuz siyasətin əməli nəticəsidir ki, bütün xalq bundan əziyyət çəkir? İndi siz deyin, bu şəxslərin uzaqgörən siyasəti, təhlili nə qədər qənaətbəxş ola bilər?

Müharibə bitincə bir çox “siyasətçilər” rejim dəyişikliyini geniş müzakirə mövzusu etdilər. Maraqlı odur ki, aylardır hər həftə yüz minlərin etiraza qalxdığı, şəhəri iflic vəziyyətinə gətirdiyi, ölkəni dağıntılara məruz qoyduğu, istisnasız bütün qonşu dövlətlərlə düşmən mövqeyində durduğu, dünyanın əksər ölkələrində İsraili hədəfə çevirərək ona qarşı etiraz aksiyalarına zəmin yaradan, Beynəlxalq Məhkəmə tərəfindən cinayətkar olaraq elan edilən İsrailin baş naziri Benyamin Netanyahu deyil, nəzərlər məhz İranın, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə dikilir.

İlk sual da budur, niyə? Cavab bəllidir, əgər qarşı tərəf həqiqətən də ədalət və xalqların, millətlərin rifahını düşünsəydi, ilk qərarı Netanyahunun istefası fikri olardı. Bəllidir ki, burada ədalətdən söhbət gedə bilməz. Əgər orada olan azərbaycanlılardan milli maraqlar rakursundan yanaşım olsaydı, gərək bu şəxslər Azərbaycandan İsrailə axan və azərbaycanlılarımızın başına od yağdıran neftin satışına da YOX demək qədər fikir ortaya qoymalı idilər. Hansı ki, bir zamanlar İranı eyni ittihamda - Ermənistana neft satmaqla müsəlman qardaşların ölümündə ittiham etmişdilər. 

Bəs onda bu fikirlərin hədəfində dayanan səbəb nədir?

Birmənalıdır ki, bu gün dünya üçün ideoloji, sosial və siyasi gücə malik olan İslamın varlığı onları, maliyyə ünvanları olan Qərbi narahat etdiyindən bu gün hədəf olaraq İslam simasını tərənnüm edən İctihad qapısını hədəf olaraq seçməkdədirlər. Qətiyyətlə bu belədir və qeyd edilənlər əyani sübut olaraq göz önündədir. Amma Quran bu kanteksdə hikkəli düşüncə sahiblərinə “Onlar ağızları ilə Allahın nurunu söhdürməyə çalışırlar. Lakin Allah Öz nurunu tamalayandır” buyuraraq, bu cəhdlərin uğursuzluq müjdəsini verməklə gələcəyin qərarını öz ali kəlamlarında aydın söyləyib: “Biz Tövratda və İncildə də bunu buyurduq... Yer üzərini mütləq saleh bəndələrimizə varis edəcəyik.”

 

T.T.Tv