BRİKS üzvləri qeyri-qanuni sanksiyalara qarşı nizamnamə hazırlamalıdırlar

Qalibaf: BRİKS üzvləri qeyri-qanuni sanksiyalara qarşı nizamnamə hazırlamalıdırlar

İran parlamentinin sədri birtərəfli sanksiyaların insanların güzəranına, iqtisadi ədalətə və beynəlxalq sülhə təsir etdiyini bildirib və deyib ki, BRİKS-ə üzv ölkələrin parlamentləri birtərəfli qeyri-qanuni sanksiyalar da daxil olmaqla, ayrı-seçkilik yaradan iqtisadi siyasətlərə qarşı ortaq nizamnamə hazırlamalıdırlar.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf BRİKS-ə üzv olan parlament sədrlərinin 11-ci iclasındakı çıxışında BRİKS-ə üzv olan parlamentlər arasında hüquqi əməkdaşlıq və birgə siyasətin yaradılmasının təşviqini vurğulayıb. O, parlamentlərin BRİKS-ə üzv ölkələr arasında istər kollektiv, istərsə də ikitərəfli ticarətdə lazımsız maneələri azaltmaq, qarşılıqlı investisiyaları cəlb etmək və innovasiyaları dəstəkləmək üçün addımlar atmalı olduğunu vurğulayıb.