Braziliya millisi Ançelottinin rəhbərliyi altında ilk oyunda qalib gələ bilməyib

Braziliya millisi Karlo Ançelottinin rəhbərliyi altında ilk matçına çıxıb.

Komanda DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Ekvador yığması ilə qarşılaşıb.

Matç 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv hazırda turnir cədvəlində 10 komanda arasında 22 xalla 4-cü yerdədir.