ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından Çindən idxal olunan məhsullara əlavə gömrük rüsumları tətbiq etməyi istəyir.
Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqtonla ticarət sazişi imzalanmasının şərti kimi bu addımı irəli sürür.
Mənbələrin bildirdiyinə görə, ABŞ Avropa İttifaqının Çinə qarşı iqtisadi təzyiq kampaniyasına qoşulmasını və Çin mallarına qarşı yeni tariflər tətbiq etməsini tələb edir.
Lakin nəşr qeyd edir ki, Çin Avropa İttifaqı üçün mühüm ixrac bazarı olaraq qalır və Aİ Pekinlə ticarət müharibəsində maraqlı deyil.
Tramp Aİ-dən Çin məhsullarına əlavə rüsumların tətbiq edilməsini istəyir