Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) təşkilatçılığı ilə Tbilisidə Xanım Məsumənin (s.ə) mövludu qeyd olunub.
Tbilisidə Əhli-Beyt (ə) məhəbbəti ilə bir araya gələn inanclı qadınlar, Xanım Məsumənin (s.ə) mübarək mövludu münasibətilə dəyərli bir mövlud məclisi təşkil etdilər. Məclis səmimi və mənəvi ab-hava ilə yadda qaldı.
Tədbiri Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Qadınlar İcması təşkil edib.
Tədbirin aparıcısı Ayşən Nəbiyeva məclisin ümumi gedişatını böyük ustalıqla idarə etdi və iştirakçıları təqdim edərək tədbirin mənəvi axarını qoruyub saxladı.
Məclis Qurani-Kərim tilavəti ilə başlandı. Lalə İbrahimova Allahın kəlamından seçilmiş ayələri oxuyaraq məclisi nurlandırdı və iştirakçılarda ruhi bir təskinlik yaratdı.
Daha sonra Fatimə Süleymanova Xanım Məsumənin (s.ə) pak həyatı, yüksək mənəvi məqamı və onun göstərdiyi kəramətlər barədə geniş çıxış etdi. O, Xanım Məsumənin (s.ə) İslam maarifindəki mühüm rolunu və Əhli-Beyt davamçıları üçün örnək həyatını vurğuladı.
Sevda Səfərova isə İslamda naməhrəm anlayışı və onun gündəlik həyatda tətbiqindən danışdı. Onun çıxışı xüsusilə gənc iştirakçılar üçün maarifləndirici və düşündürücü oldu.
Daha sonra Lalə Süleymanova təkəbbür və təvazökarlıq mövzusunda dərin məzmunlu çıxış etdi. O, bu iki zidd xüsusiyyətin insanın mənəvi inkişafına təsirindən bəhs edərək, təvazökarlığın əxlaqi və dini baxımdan nə qədər əhəmiyyətli olduğunu iştirakçılara çatdırdı.
Məclis iştirakçıların birgə oxuduğu Fərəc duası və sonda təşkil olunan ziyafət süfrəsi ilə başa çatdı. Tədbir iştirakçılar arasında həm dini maarif, həm də mənəvi birlik ruhunun gücləndirilməsi baxımından olduqca əlamətdar bir görüş oldu.
Az.shafaqna.com
Tbilisidə Xanım Məsumənin (s.ə) mövludu qeyd olunub