Azərbaycan və Çin arasında “hərtərəfli strateji tərəfdaşlıq” barəsində birgə bəyanat imzalanıb

Azərbaycan və Çin arasında münasibətlər “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldilib. Bu barədə aprelin 21-də Pekində imzalanmış birgə bəyanatda qeyd olunur.
Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində qəbul edilib. Bəyanatda tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə sadiqliklərini vurğulayıblar.
Tərəflər, həmçinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığı dərinləşdirmək, nəqliyyat-logistika və enerji sahələrində qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər.
Daha sonra ölkə başçısı İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini Azərbaycana səfərə dəvət edib.