Şübhəsiz hər bir Əhli-beyt (ə) tərəfdarı Xanım Zəhradan (s.ə.) nəql olunan bu məşhur hədisi eşidib. Bu hədisin, daha aydın desək fəryadın edilməsinə əsaslı səbəb var. Bunu incələməzdən əvvəl Quranda paklığına ayə gələn Xanımın ifadələrindəki həqiqətin şahidi elə Allahın özünün olduğunu söyləyə biləcək qədər nümunəyə malikik. Bundan əlavə, adı və künyəsində Allah Rəsulunun (s) əks etdirdiyi Xanım Zəhranın (s.ə.) paklıq, həqiqət söyləmək, ismət, iffət və sair və ilaxır özəlliklərlə məhz bircə bu fəryadın təsadüf və ya keçici hiss və qəzəb səbəbindən deyilmədiyi çılpaqlığı ilə aydındır. Bir daha şübhə yoxdur ki, adi qadınlar kimi Fatımə (s.ə.) də atifə hissinə qapılaraq belə bir cümlə söyləməsi fikri o Xanım haqqında 13 məsumun söylədiyi ali kəlamları şübhə altına alar. Bu isə düşünülməsi qorxunc olan insanı dindən çıxaran bəladır. Bircə İmam Həsən Əskərinin (ə) “Biz İmamlar insanlar üzərində Allahın Hüccətləri, anamız Zəhra isə Allahın bizim üzərimizdə Hüccətidir” hədisi Xanım Zəhranın (s.ə.) hansı həqiqətə malik olmasına nümunəsini söyləmək yetərlidir ki, Fatimənin (s.ə.) məqamı bəlli olsun.
Məlumdur ki, Xanımın söylədiyi “Mənə olunan zülmlər gündüzlərə olunsaydı dönüb gecə olardı” cümləsi Allah Rəsulunun (s) rehlətindən sonra Zəhranın (s.ə.) həyatında yaşanan qısa bir zamanda baş verən hadisələrlə bağlıdır. Bəs görəsən atasından sonra bir neçə ay ömür sürən Fatimə (s.ə.) hansı müsibəti yaşadı ki, bu onun gündüzünü gecəyə, ömrünü zülmətə tutdu? Bu suala cavab Türkiyə “Cəfəriləri Lideri” Səlahəddin Özgündüzün nə cavab verəcəyindən asılı olmayaraq tarix boyu məndə Təlhələrin, Zübeyrlərin azğınlıq səbəblərini bir daha çılpaqlığı ilə göstərə bildi. Aydındır ki, buna görə İmam Həsən (ə) hansı xəyanətə qurban olaraq Müaviyə ilə sülh bağlayıb, Muxtarlar tənha qalaraq öldürülüb, başları bədənlərindən ayırılıb. Bu gün görünür zaman dəyişsə də, zehniyyət elə köhnədir.
“Mənə olunan zülmlər gündüzlərə olunsaydı...”

Seyfəddin Şirvanov.