Misirdə aparılan HƏMAS-İsrail danışıqları başa çatıb

HƏMAS lideri İsmayıl Haniyənin rəhbərlik etdiyi nümayəndə heyəti Qahirədə aparılan üç günlük müzakirələrdən sonra Misiri tərk edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, HƏMAS-ın bəyanatında nümayəndə heyətinin İsrail rəsmiləri və Misirin kəşfiyyat xidmətinin rəhbəri Abbas Kamel ilə görüşdüyü, israilli girovların, həmçinin fələstinli məhbusların azad edilməsini və atəşkəs razılaşmasını müzakirə etdiyi bildirilib

Qeyd olunub ki, “tərəflər Şimali Qəzzaya humanitar yardımı, həmçinin İsrail əsgərlərinin son günlərdə işğal altındakı Şərqi Yerusəlimdə yerləşən Əl-Əqsa məscidində ibadətə mane olması səbəbi ilə yaranmış gərginliyi də müzakirə ediblər”.

Məlumata görə, Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru da danışıqlar üçün bu həftə Misirdə olub.