Məhəbbət: cəza yoxsa mükafat?

İnsan yaranışından onunla bərabər doğulub və onunla da dünyasını dəyişən özəl bir duyğudur məhəbbət. Şübhəsiz Rəhman olan Allahın insan varlığına mütənasib olaraq seçdiyi bu duyğu təkcə hiss olaraq insana zövq və duyğu yaşamaq üçün verilməyib. Gözəllik və ləzzətlərlə əhatələnən məhəbbətin çox qorxunc, kabus olan əks tərəfi də bu seçimin hansı xüsusi əhəmiyyət daşıdığının göstəricisidir.

Heç təsadüfi deyil ki, dünya həyatının böyük üzüntülərinə şahidlik edilən uğursuz məhəbbətlər qat-qat ağır olan axirət dünyası üçün də böyük məşəqqətlər vəd etməyə bilmir. Sevincin yaratdığı fəza insan varlığındakı hakim qüdrəti hiss olunmadan vücudunu bürüyən təsirləri ilə hansı dəyişikliyi yaratdığı isə gözlə müşahidə olunacaq qədər çoxdur.

Quranda yanlış məhəbbətlərin acı aqibətləri ilə bağlı çoxsaylı ayələrdə cəhənnəm əzabı ilə üzləşən şəxsin yalnış seçiminə, düz ünvanı hədəf etməyən şəxslərin dəhşət dolu ağrıları əks olunub. Əksini də Müqəddəs Kitab nümunə olaraq Əhli-beytə (ə) məhəbbətə diqqət çəkərək bu mövzunun necə böyük təsirə malik olduğuna diqqət çəkir.
Demək sevdiyimiz, məhəbbət göstərdiyimiz hər bir qəlbə gözəl gələnlər bizə cəza və ya İlahi rəhmət olaraq nemət ola bilər. Əsas məsələ seçimin düzgün olmasındadır. Yanlış seçimin mükafatı olaraq zəhərli məhəbbət insanı kar, kor edib məhv etdiyi kimi həqiqi sevginin insanı sonsuz səadətə çatdırması eyni halda Allahdan insana verilən lütfdür.

Əgər qəlbinizin daxilində dəyər və dəyərlilərə məhəbbətin deyil, dünya və əyləncəyə sevgini müşahidə edirsizsə, bunu bilməlisiz ki, siz öz əməlləriniz, yanlış addımlarınızla artıq cəzalanmısız. Əmin olun ki, ömrünüzün son anında olsa belə bu hissin acı təəssüf və yanğısı sizi əhatə edəcəyi kimi axirətdə də çox dəhşətli əzabın yaşanması qaçılmaz olacaq.
Məhəbbət sizin mükafatınız olduğu kimi cəzanızda ola bilər. Ona görə də kimə və nəyə məhəbbət hissinizə mütləq şəkildə diqqət yetirməlisiz. 

Unutmayaq ki, Allahın insana istəklərinə qadağa qoymadan verdiyi nemətləri onun öz seçiminə buraxması, şəxsin əzab və səadəti sevgi adlı bir duyğunun əhatəsində həyatına daxil etməklə öz əməlinə bağlıdır. Düzgün olmayan seçimlərin isə dünya acısı, depressiya və məşəqqəti, axirətdə isə sonsuz cəzası var.