Müsəlman Birliyi Hərəkatının daha bir üzvünə hökm oxunub. Noyabrın 27-si Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda inanclı Kamil Mahmudov narkotik ittihamı ilə müqəssir bilinib. Birmənalıdır ki, o, ölkədə inanclılara qarşı kütləvi həbslər çərçivəsində saxlanılıb və həbsi də siyasi motiv daşıyır. Bununla belə məhkəmə Kamil Mahmudovu müqəssir sayaraq barəsində 4 il 3 ay müddətinə azadlıqdan mərhum etmə cəzası çıxarıb.
Qeyd edək ki, bu Kamil Mahmudovun ikinci həbsidir. İlk dəfə o, 2020-ci il iyulun 14-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən saxlanılmışdı. 2021-ci il, 21 iyun tarixində Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Kamil Mahmudov aksiya zamanı ixtişaş yaratmaqda ittiham olunaraq haqqında 3 il şərti cəza almışdı.
MBH üzvünə hökm oxundu: 4 il 3 ay