Livan Hizbullahı İsrailin silah zavoduna hücum edib

Livan Hizbullahı raket hücumunda İsrailin silah zavodunu hədəf aldığını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Livan Hizbullahı elan edib: Döyüşçülərimiz Kibbutz Sasada sionist silah istehsalçısı olan Balasan sənaye fabrikini Fələq raketləri ilə hədəfə almağa müvəffəq olublar.

Bu məlumata əsasən, bu zavod sionist ordusu üçün maşınların silahlandırılması və qorunması sahəsində fəaliyyət göstərir.