Konfrans Liqası: "Sabah" öz meydanında "Petrokub"u darmadağın edib

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Azərbaycan təmsilçisi "Sabah" Moldovanın "Petrokub"unu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz ilk görüşdə 2:0 hesablı qələbə qazanıb.

Bununla da Azərbaycan Kubokunun son qalibi adını UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yazdırıb.