Qəzza hökumət rəsmilərinin oktyabrın 5-də verdiyi açıqlamaya əsasən, 2023-cü ilin oktyabrından bəri davam edən soyqırımda İsrail təxminən 20.000 uşağı və 12.500-dən artıq qadını qətlə yetirib.
Qəzza media ofisinin açıqlamasına görə, İsrail qüvvələri Qəzzanın təxminən 90 faizini dağıdıb və bölgənin 80 faizindən çoxunu işğal edib. Qəzzada aparılan soyqırım ərəfəsində işğalçı İsrail qüvvələri təqribən 200.000 ton partlayıcıdan istifadə edib.
Həmçinin, müharibənin başlanğıcından indiyədək təxminən 1.670 tibb işçisi, 140 mülki müdafiə üzvü və 255 jurnalist həyatını itirib.
Ofisin bildirdiyinə görə, İsrail Qəzzanın səhiyyə sektorunu “sistematik” şəkildə hədəf alaraq, 38 xəstəxana, 96 səhiyyə mərkəzi və 197 təcili yardım maşınını tamamilə məhv edilib və ya istifadəsiz hala salıb.
Bundan başqa, 835 məscid dağıdılıb, 180-i qismən zədələnib, 3 kilsə hücuma məruz qalıb, 40 qəbiristanlıq bombalanıb və 2.450-dən artıq məzar dağıdılıb.
Qeyd edilir ki, təxminən 268.000 yaşayış binası tamamilə dağıdılıb, 148.000-i ağır zərər görüb, 153.000-i isə qismən zədələnib. Bu səbəbdən 288.000-dən çox ailə evsiz qalıb. Həmçinin, sığınacaq üçün istifadə edilən 125.000 çadırın böyük əksəriyyətinin artıq yararsız vəziyyətdə olduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, İsrailin Qəzzaya qarşı başladığı soyqırımdan bəri təxminən iki milyon fələstinli zorla yerindən edilib və 293 sığınacaq və köçürmə mərkəzi İsrail hücumlarının hədəfinə çevrilib.
İsrail Qəzzada 20.000 uşağın həyatına son qoyub