İslamın qadın dəyərləri

Uca Allahın adıyla.

Allah Təala Quranın Zumər surəsi 22-ci ayəsində buyurur: "Allahın İslam üçün qəlbini genişləndirdiyi kəs öz Rəbbi tərəfindən olan bir nur üzərindədir".

Bu yazımla qısada olsa İslamın qadına verdiyi dəyəri yazıb çatdırmaq istəyirəm.

Cahiliyyət dövründə qadının fərdi və ictimai həyatında olan məhdudiyyətlərə diqqət etsək, İslamın qadına verdiyi dəyəri anlamaq elədə çətin bir iş deyil. Bu məhdudiyyətlər bugünki dillə desək, qadına qarşı bir terror halı almışdır. Qadın cəmiyyətin unudulmuş bir təbəqəsi idi, hətta onun öz evində belə sözünün heç bir dəyəri yox idi. Qadına ev əşyası kimi baxılır, hər hansısa bir məsələdə ixtiyar sahibi deyil, cinsi məsələlərdə yada düşülürdü. Təhqir olunması adi bir hala çevrilmiş, hətta qadın haqqının pozulması o dərəcəyə çatmışdır ki, körpə qız uşaqları diri-diri torpağa gömülürdü. Quranın müxtəlif yerlərində bu cahilliyə işarə edilmişdir. Buna misal olaraq Təkvir surəsi 8 və 9-cu ayələrdə qız uşaqlarının diri olaraq torpağa basdırılması, Nəhl surəsi 58-ci ayədə “Onlara qız uşaqlarının olması barədə xəbər verildikdə üzləri qaralar,qəzəb onları boğar”, Kovsər surəsi 3-cü ayədə İslam Peyğəmbərinin (s) dünyaya qız övaldı gəlməsinə baxmayaraq ona sonsuz dəyilməsi vəziyyətin göstəricisi idi. 

İslam öz gəlişi ilə cəmiyyəti bu fəsaddan və sonu olmuyan uçurumdan xilas etdi. Qadını dəyər sahibi etdi, cinsi, irqi və digər bərabərsizlikləri aradan qaldırdı və üstünlükdə təqvanı, saleh əməli meyar qərar verdi (Hucurat 13). Kişini öz xanımına və digər qadınlara qarşı olan hüquqlarını, qadının öz yoladaşına nisbətdə olan hüquqlarını və digər yad kişilərə nisbətdə olan hüquqlarını bərqərar etdi. Bununlada qadına həm şəxsi həyatında, həm ictimai həyatında yeni bir status verdi, bu bərabərsizliyi qaldırdı. Ona azad, hər hansısa bir təhlükədən və xətərdən amanda qalması üçün yad kişilər qarşısında hicabı əmanət verdi (Əhzab 59). Bu əsla və əsla onun azadlığının əlindən alınması deyil, bəlkə Uca Allahın xanıma qarşı necə həssas (öz dilimizlə desək) olmasını gösrərir. Hər halda kişinin özünə məxsus hüquqlarının olması, qadının özünə məxsus hüquqlarının olması heçdə birinin digərinə olan üstünlüyü demək deyil, bəlkədə bu cəmiyyətin tamamlanması deməkdir.

Ancaq hər hansısa bir günün təyin olunaraq, qadınların ehtiramını qorumaq onlara diqqət göstərmək hər hansısa bir fəsada yol açmazsa öz özlüyündə eybi yoxdur. Yaxşı olar ki, müsəlmanlar bu əlamətdar günü İslamla bağlasınlar, çün islam qadının azadlığını kamil şəkildə təmin etdi. 

Əssəlamu aləykum və rəhmətullah və bərəkətuh.

Famil Nuri