İslam İnkişaf Bankı 2024-cü il üçün hesabatını açıqlayıb

İslam İnkişaf Bankının 2024-cü ildəki fəaliyyətini əks etdirən hesabatı ictimailəşdirilib.

Sənəddə 2024-cü il ərzində bankın təsdiqlənmiş kredit müraciətlərinin sayı 12,3 faiz və ya 13,2 milyard dollar artıb. Həmin dövrdə İslam İnkişaf Bankı tərəfindən 194,8 milyard dollar həcmində kredit ayrılıb.

Eyni zamanda bankın 2022-ci ilin iyulunda təsdiqlənmiş və ərzaq təhlükəsizliyinin təminatına yönələn proqramına uyğun olaraq bu məqsədlə 10,54 milyard dolların ayrılması təmin edilib. 2024-cü ilin sonunda İdarə Heyətinin 2022-ci ilin iyul ayında verdiyi qərara əsasən ərzaq təhlükəsizliyinin təmin olunması üçün 10,54 milyard ayrılıb. 2024-cü ilin sonuna isə bank bu proqrama uyğun olaraq, 8 milyard ABŞ dolları həcmində əlavə vəsait ayırıb. Bu isə həmin proqram üzrə öhdəliklərin 90 faiz həcmində yerinə yetirilməsi deməkdir.

2024-cü il ərzində kənd təsərrüfatı layihələrinin icrasına dəstək məqsədilə 745 milyon dollar, iqlim dəyişikliyi ilə mübarizə məqsədilə isə 2,4 milyard dollar xərclənib. Bu göstərici həmin il üzrə ümumi öhdəlikləri üstələyərək 46 faiz təşkil edib.

Su resurslarından səmərəli istifadə layihələrinin icrasına dəstək məqsədilə 2,1 milyard, nəqliyyat infrastrukturu layihələri üçün 1,5 milyard, enerji layihələrinin yerinə yetirilməsinə 923,90 milyon, təhsil layihələrinə isə 330,3 milyon dollar sərf edilib.

Bank tərəfindən 57 ölkədən olan 474 nəfərə təqaüd təyin edilib ki, onların da 265 nəfəri müsəlman icmasının nümayəndələridir. Sözügedən proqram hazırda 1276 tələbə və alimə dəstəyini davam etdirir.

Səhiyyə sahəsində layihələrin həyata keçirilməsinə 221,2 milyon vəsaitin ayrılması da bankın İdarə Heyətinin qərarı ilə mümkün olub.

2024-cü il ərzində Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) energetika, ərzaq məhsulları və kənd təsərrüfatı sahələrinə dəstək göstərilməsi məqsədilə 7,3 milyard ABŞ dolları, ayrılmasına qərar verib.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası 2024-cü ildə özəl sektora ayırmaları 663,0 milyon dollara çatdırıb. 2023-cü ildə bu rəqəm 531,7 milyon dollar olub.

2024-cü ildə İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası biznesin Sığortalanması üzrə 12,9 milyard dollarlıq sifariş həyata keçirib.

Su təhlükəsizliyinin təmin olunması məqsədilə bankın qərarına uyğun olaraq 2,1, nəqliyyat məsələlərinin həlli üçün magistral yolların təmiri və tikintisinə 1,5, dəmir yolu nəqliyyatı şəbəkələrinin genişləndirilməsi üçün 261,8, enerji layihələrinin yerinə yetirilməsinə 923,8, təhsil yönümlü layihələrə 303,3 milyard dollar vəsait ayrılıb. Bununla yanaşı, 57 ölkədən olan 474 tələbəyə təqaüd verilib ki, onların da 265 nəfəri müsəlman icmasının nümayəndələridir. Bu proqram həm də 1276 tələbə və alimi əhatə edib.

Səhiyyə sahəsinə ayrılan vəsaitin həcmi 221,2 milyon dollar olub.

Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) tərəfindən enerji, ərzaq və kənd təsərrüfatı sektorlarının dəstəklənməsinə 7,3 milyard dollar vəsaitin cəlb edilməsi təmin olunub.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası 2024-cü ildə 663,0 milyon dollar həcmində kredit ayırıb. 2024-cü ildə bu göstərici 531,7 milyon dollar olub.

İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası 12,9 milyard dollar həcmində biznesin sığortalanmasını həyata keçirib.

IsDB Institute 2024-cü ildə 24 texniki dəstək layihəsinə köməklik göstərib. İslam Maliyyəsi Sektorunun Transformasiyası proqramına müvafiq olaraq institut tərəfindən 4,17 milyon ABŞ dolları məbləğində 24 yeni layihə təsdiq olunub. Bu layihələrdə 7 ölkə və 6 tərəfdaş qurum iştirak edib.

Hesabatda o da qeyd edilib ki, 2024-cü ildə bank tərəfindən ümumilikdə 1,0 milyon dollarlıq 10 qrant layihəsi başa çatdırılıb.

 

 

APA