İnanclı Murad Abdullayev 3 il müddətinə azadlıqdan məhrum edildi

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə şərlənərək həbs edilən inanclı Murad Abdullayevə hökm oxunub
O, Azərbaycan CM-nin 234.1.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, M.Abdullayev 2023-cü ilin mart ayında narkotik ittihamı ilə şərlənərək həbs edilib.