Hakimiyyətin son hazırlığı : AŞURA (8-ci hissə)

Bununla da bu plan son mərhələyə qədəm qoymuş oldu. Ölkənin mənəvi təsirə malik milli ruhda bütövləşən Aşuranın niyə və hansı qüvvə tərəfindən qadağanmasına gəlməzdən öncə Aşura ilə bağlı qoyulacaq sonuncu nöqtələr də diqqətdən yayınmamalıdır. Şübhəsiz Aşura aşiqlərinin həbslərlə genişlənən son reperesiyası hələ Aşura ərəfəsinə qədər öz qurbanlarının sayını artıracaq. Eyni halda hakmiyyət saxlanılan, həbsdə olan bu növ qadağalarla barışmayanların da halına mədəni deyilərsə “yanmalıdır”. Demək, həbsdə olanların da bu sıra vəziyyətində ciddi təzyiq və işgəncə halları yaşanması labüddür. Aşuraya qədər hələ ki, saxlama təcridxanalarında olanların da buradakı müddəti uzadılmalıdır. Axı onlar Aşuranın məhdudlaşdırılmasını zonlarda qarşılayacağı halda da hansısa problemlər yarada, hətta müəsisisə daxili kütləvi etirazlara rəvac verə bilərlər. Buna görə də bu addım onların təcrid həyatı, zonlarda olan aktivistlərin isə karser kimi qapalı cəsası ola bilər ki, Qobustan ciddi rejimə köçürülmə də qabaqlayıcı tədbirlər sırasında yer alması ehtimallardandır.
Aşuraya gəlincə böyük sual “Niyə Aşura qadağalanmalıdır” sualıdır? Aşura kimi və niyə, nə üçün narahat edir ki, o qadağa ilə də üzləşsin?!
Aşura-tam mənada qanın qılınca qələbəsi deməkdir. Bir az da aydınlanarsa haqsızlıq və zülmə bütün varlığı ilə etiraz göstərən ölümsüzlük məktəbidir Aşura. Burada stimul mənbəyi bu məktəbin təsisində sərhəd tanımayan Hz Hüseyn (ə) tam mərkəzdədir. O, yaşından, cinsindən, siyasi baxışından asılı olmayaraq hər kəs üçün mükəmməl nümunədir. Hüseyn “hakimiyyətlə hakimiyyətlik etmək olmaz” fikrinə əməli cavab verərək bunun yanlış olduğunu əməli göstərir. Onun addımında 72 nəfərin 30 min nəfər orduya qarşı rəşadətli duruşu döyüşdə əsas say deyil, “düz olan qalibdir” prizması bu mücadilənin əsasını qoyur. Hüseynə görə doğru əqidə uğrunda mübarizə və şərəfli ölüm zülm, sitəm altında əzilərək, alçaldılaraq yaşamaqdan daha gözəldir. Ailəsinin, 9 aylıq körpəsindən ağsaqqalına qədər hər kəsi zülmə qarşı mücadilədə qurban verən Hüseyn, Rəbbinə bağlı insanlıq əsəri, şübhəsiz ilk növbədə zülmlə saraylar ucaldan, xalqın qanını, malını yeyən, insanları qorxu və əsarət altında saxlayan heç bir rejim, hakimiyyətlərin xoşuna gəlməyəcəyi bir qəhrəmandır. Onun “Mənim kimilər sənin kimilərə heç zaman boyun əyməz” deyə Yəzid və tərfdarlarına müraciəti bütün zamanların zülmə çağırış şüarıdır. Buna görə də ilk öncə Aşura məktəbində cəmlənən sadalanan bu xüsusiyyətlər, cani, xain, qan içən, korrupsioner rejimləri qorxuya saldığı üçün onların bütünlükdə istək və arzuları, plan və addımları Aşuranı cəmiyyətdən silmək və ya onu təsirsiz hala gətirməkdir.
Lakin unutmaq lazım deyil ki, Aşura ilə düzəm olacaq ədalətli bir hakimiyyətin, dünyanın idarəçiliyini əlinə alacaq güclü dövlətin əsasını, təməlini möhkəmlətdiyi həqiqi İslamın dünyada istismarçı güclərin, zülm üzərində qurulmuş dövlətlərin narahatlıq amili olaraq gördüyü bu məktəbə qarşı özəl düşmənlik planları əsrlərdir mövcuddur. Biz, son dövrlər Azərbaycana, xüsusi olaraq Aşura məktəbini məhdudlaşdırmağa cəhd edən bir rejimin siyasi maraqarına da toxunmağı zəruri bilirik. Elə bir rejim ki, bu günə qədər rəsmiyyəti şübhə altında, bütünükdə başqa dövlətlərin ərazisinə iddialı olaraq o, zülm və haqsızlıqla siyasətini genişləndirməyə çalışır. Bu İsraildir. İsrailin Azərbaycana yaxınlaşması ilə amansızlaşan Aşuraya qarşı təmizləmə siyasəti özü xüsusi araşdırlmağa ehtiyac duyur.
Azərbaycanda İsraillə Aşura arasında problemlər ilk öncə özünü nə zaman qabarıq göstərməsinə diqqət etmək lazımdır. Son olaraq İsrailin Aşura məktəbinə qarşı açıq mücadiəsinin geniş və sərt vüsət alması da maraq doğurucudur. Bütün bunlar incələnməyə ehtiyac duyulan məsələlər olduğu üçün məntiq araşdırmada bu nöqtə üzərində dayanmağa israrlıdır.
 
 
8-ci hissənin sonu
 
 
 
 
Все реакци